Amerikalı məşhur müğənni Britni Sprisin fitns məşqçisi Sem Asgari ilə evliliyi sona çatır.

Heftelik.az-ın  “Page Six”-ə istinadən verdiyi məlumata görə, bir müddət əvvəl  Britni Sprisin ərini aldatdığı barədə məlumatlar yayılıb.

Sem Asgari buna dözməyib və müğənninin evini tərk etməyə qərar verib. Sem Asgari məhkəməyə müraciət edərək mənəvi zərərə görə kompensasiya tələb edir.

Ancaq cütlük boşanacağı təqdirdə Sem Asgarinin praktiki olaraq müğənnidən heç nə ala bilməyəcəyi bildirilir. Çünki güclüyün nikah müqaviləsinə əsasən, bütün əmlak Britni Sprisə qalmalıdır.