Ədalət mühakiməsi həyata keçirilərkən sübutların mümkünlüyü həmin anda qüvvədə olan Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun olmalıdır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Presessual Məcəlləsində əksini tapıb.
Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin yeni qəbul edilmiş müddəası sübutların mümkünlüyü şərtlərini əhəmiyyətli dərəcədə dəyişirsə, yeni müddəalara uyğun gəlməyən sübutlar ittihamın əsasını təşkil edə bilməz.