Proqram təminatının saxlanıldığı binalara və qurğulara icazəsiz girişə və arzuolunmaz fiziki təsirlərə qarşı lazımi tədbirlər görülməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.
Konfidensial informasiyanının yaradılması, yığılması, işlənilməsi, saxlanılması, axtarışı və yayılmasını təmin edən informasiya ehtiyatlarının və sistemlərinin yerləşdiyi ərazilərə giriş və giriş icazəsinin verilməsi səlahiyyətli şəxslərlə məhdudlaşmalı, bu icazələr mütəmadi olaraq nəzərdən keçirilməli və yenilənməli, tələb olunmadığı təqdirdə isə ləğv edilməlidir. Həmin ərazilərə giriş və çıxış məlumatları izlənilməli və qeyd olunmalıdır. Bu qeydlər ən azı 2 il saxlanılmalıdır.