Dövlət informasiya ehtiyatının və sisteminin, o cümlədən altsistemlərin formalaşdırılması ilə bağlı proseslərin və tələblərin ətraflı təsvir edilməsi məqsədilə texniki tapşırıq sənədi (TT) hazırlanmalıdır.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
TT-nin hazırlanması zamanı qurum tərəfindən aşağıdakı tədbirlər görülməlidir:
– qeyri-müəyyənliklərə yol verilməməli, ifadələr dəqiq və tam olmalı, danışıq dilindən istifadə edilməməli, terminoloji təsvirə üstünlük verilməli və xüsusi anlayışların istifadəsi zamanı onların açıqlaması qeyd edilməlidir;
– bütün bəndlər nömrələnməli və bəndlər arası istinad üçün bu nömrələnmədən istifadə edilməlidir;
– dövlət informasiya ehtiyatının və sisteminin funksiyalarının və tələblərin təsvirində qeyri-müəyyən ifadələrin istifadəsinə yol verilməməli, funksiyaların avtomatlaşdırılması üçün təsviri tam və dəqiq olmalıdır.