kritikİnteqrasiya EHİS-in qurumlar arasında təhlükəsiz məlumat mubadiləsinin aparılmasını təmin edən Milli Məlumat Mübadiləsi şəbəkəsi üzərindən həyata keçirilməlidir.

Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.

İnteqrasiya olunan dövlət informasiya ehtiyatı və sistemi REST (Representational State Transfer) və ya SOAP (Simple Object Access Protocol) vasitəsilə sorğularla işləmə imkanına malik olmalıdır.