“Hökumət buludu”ndan istifadə ilə bağlı texniki tələblər” Azərbaycan Respublikasında dövlət orqanlarının (qurumlarının) dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, büdcə təşkilatlarının, publik hüquqi şəxslərin dövlət informasiya sistemlərinin və ehtiyatlarının saxlanıldığı (yerləşdirildiyi) və aparıldığı, o cümlədən elektron xidmətlərinin təşkil olunduğu və göstərildiyi “Hökumət buludu”ndan istifadə ilə bağlı texniki tələbləri müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hökumət buludu”ndan istifadə ilə bağlı texniki tələblər”də əksini tapıb.
Bu Texniki Tələblərdə istifadə olunan anlayışlar “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə müəyyən edilmiş mənaları ifadə edir.