Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlər açıqlanıb.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.

Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır:

– hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında;

– şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında;

– şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında;

– daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında;

– itirilmiş adsız sənədli qiymətli kağızlar üzrə hüquqların bərpa edilməsi haqqında (çağırış icraatı);

– şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi haqqında;

– övladlığa götürmə haqqında ərizələrə.

–  şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi haqqında;

– məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında;

–  vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında;

– şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında;

–  bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında;

–  yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında.

– mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında.

Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər.