Mənfəətin bölgüsü üsulu Vergi Məcəlləsinin 14-1.2-ci maddəsində göstərilən şəxslər arasında əməliyyatlar aparıldığı zaman tərəflərdən hər birinin həmin əməliyyatlardan əldə etdiyi mənfəətin həmin şəxslər arasında Vergi Məcəlləsinin 14-1-ci maddəsinə və “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”na əsasən bölüşdürülməsidir.
Heftelik.az-ın məlumatına görə, bu, İqtisadiyyat Nazirliyinin Kollegiyasının qərarı ilə “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”na dəyişiklikdə əksini tapıb.