Proqram təminatının işlənib hazırlanması üçün onun eskiz və texniki layihə sənədləri müəyyən edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.
Bu, aşağıdakı məlumatları ehtiva etmək şərtilə, sənədləşdirilməlidir:
– arxitekturanın ilkin versiyası;
– konfiqurasiya komponentlərinin, parametrlərinin və əlaqələrin təsvirinin ilkin versiyası;
– proqram təminatı komponentlərinin siyahısı və təyinatları, eləcə də iş axını və alqoritmlərin ilkin versiyası;
– verilənlər bazalarının strukturlarına dair tələblər və məlumat axınının ilkin versiyası;
– istifadəçi interfeyslərinin təyinatı və təsviri, o cümlədən erqonometrik faktorlar;
– informasiya təhlükəsizliyi siyasətinə dair tezislər;
– istismar təlimatlarına dair tezislər;
– instalyasiya və inteqrasiya işlərinə dair tezislər;
– verifikasiya və validasiya üzrə test-ssenarilərin ilkin versiyası.