Elektron xidmət dövlət qurumları tərəfindən səlahiyyətlərinin icrası ilə bağlı təşkil edilməli, zaman və məkan asılılığı olmadan çoxkanallı müraciət imkanları təmin etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər”də əksini tapıb.
Elektron xidmət bütün istifadəçi qrupları üçün əlçatan olmalıdır. Elektron xidmətlərin təqdim edildiyi internet informasiya ehtiyatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”ə uyğun olmalı, o cümlədən onların əlilliyi olan şəxslər üçün müyəssərliyi təmin edilməlidir.