İstehsalat bina və tikililərinin texniki vəziyyəti ildə iki dəfə keçirilən texniki baxış zamanı: yazda və payız-qış mövsümünə hazırlıq zamanı cari ilin 31 avqust tarixinədək təyin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Ağır yükqaldırıcı kranlar qurulmuş binalara texniki baxış hər ay keçirilməlidir.