Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda əksini tapıb.

Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Ərizəçinin bu Qaydaların əlavəsində nəzərdə tutulan tibb və səhiyyə ixtisasları üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi tələblərə uyğunluğu isə bu sahədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydaya əsasən müəyyən edilir.

Bu Qaydaların tələbləri aşağıdakı kvalifikasiyalara şamil edilmir:

 

– Azərbaycan gənclərinin dövlət proqramları çərçivəsində xarici ölkələrdə əldə etdikləri ali təhsil üzrə kvalifikasiyalar, Nazirliklə xarici dövlətlərin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində əldə edilmiş kvalifikasiyalar, beynəlxalq müqavilələr çərçivəsində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilmiş kvalifikasiyalar və dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları və hökümətlərarası təqaüd proqramları çərçivəsində təhsil alacaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərin xarici ölkələrdə əldə etdikləri ali təhsil üzrə kvalifikasiyalar;

– “Times Higher Education World University Rankings”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların azı birində ərizəçinin qəbul olunduğu ildə ilk 500 pillədə yer alan təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar.

Bu Qaydalarda beynəlxalq reytinq

qurumlarının tərtib etdiyi sıralamalara istinadən təhsil müəssisələrinin siyahısı Agentliyin rəsmi internet səhifəsində yerləşdirilir və mütəmadi olaraq yenilənir. Ərizəçinin kvalifikasiyası ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar edilmədikdə və bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulan peşələr üzrə ərizəçi sınaq imtahanlarında müvəffəqiyyət qazanması və kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğunun təmin olunması barədə DİM-in və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq məlumatı əsasında, ərizəçinin kvalifikasiyasının peşə tanınması barədə qərar qəbul edilir.

“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əlavə

 

Peşə tanınması zamanı sınaq imtahanlarının keçirilməsi tələb olunan ixtisasların S İ Y A H I S I

Sıra

№-si

 İxtisasların (proqramların) şifri və adı
123
1.050102Biologiya müəllimliyi
2.050103Coğrafiya müəllimliyi
3.050104Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)
4.050105Fizika müəllimliyi
5.050107İbtidai sinif müəllimliyi
6.050108İnformatika müəllimliyi
7.050109Kimya müəllimliyi
8.050110Kimya və biologiya müəllimliyi
9.050111Korreksiyaedici təlim
10.050112Məktəbəqədər təhsil
11.050114Riyaziyyat müəllimliyi
12.050115Riyaziyyat və informatika müəllimliyi
13.050116Tarix müəllimliyi
14.050117Tarix və coğrafiya müəllimliyi
15.050120Texnologiya müəllimliyi
16.050121Xarici dil müəllimliyi (dillər üzrə)
17.050206Hüquqşünaslıq
18.050601Aerokosmik mühəndislik
19.050603Aviasiya təhlükəsizliyi mühəndisliyi
20.050605Dəniz naviqasiyası mühəndisliyi
21.050606Ekologiya mühəndisliyi
22.050613Hava nəqliyyatının hərəkətinin təşkili
23.050614Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
24.050617İnşaat mühəndisliyi
25.050633Nəqliyyat tikintisi mühəndisliyi
26.050635Qida mühəndisliyi
27.050639Uçuş mühəndisliyi
28.050640Yanğın təhlükəsizliyi mühəndisliyi
29.050704Baytarlıq təbabəti
30.050802Əczaçılıq
31.050803Fizioterapiya və tibbi reabilitasiya
32.050808Tibb bacısı işi
33.050901Hərbi tibb
34.050902İctimai səhiyyə
35.050903Stomatologiya
36.050904Tibb
37.060102Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)
38.060103Xarici dil müəllimliyi (dillər üzrə)
39.060104Fizika müəllimliyi
40.060105Riyaziyyat müəllimliyi
41.060107Texnologiya müəllimliyi
42.060109Biologiya müəllimliyi
43.060110Kimya müəllimliyi
44.060111Tarix müəllimliyi
45.060112Coğrafiya müəllimliyi
46.060113İnformatika müəllimliyi
47.060115İbtidai sinif müəllimliyi
48.060116Korreksiyaedici təlim
49.060117Məktəbəqədər təlim və tərbiyə
50.060119Pedaqogika
51.060212Hüquqşünaslıq
52.060613Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi
53.060614Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi
54.060615Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi
55.060616Uçuş mühəndisliyi
56.060617Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi
57.060618Dəniz texnikası və texnologiyası mühəndisliyi
58.060619Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi
59.060620Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi
60.060621Dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi
61.060634İnşaat mühəndisliyi
62.060636Nəqliyyat tikintisi mühəndisliyi
63.060642Qida məhsulları mühəndisliyi
64.060648Biotibbi texnika mühəndisliyi
65.060649Ekologiya mühəndisliyi
66.060650Yanğın təhlükəsizliyi mühəndisliyi
67.060651Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
68.060652Kosmik texnika və texnologiyalar mühəndisliyi