Cinayət prosesini həyata keçirən orqana dair tələblər var.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət prosesini həyata keçirən orqan hər bir halda aşağıdakıları təmin etməlidir ki:
– haqqında həbs, ev dustaqlığı və ya girov qismində qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs qətimkan tədbiri seçildikdən sonra bu Məcəllənin 158 və 159-cu maddələrində nəzərdə tutulmuş müddətlər keçənədək ittihamın əsaslılığının müəyyən olunması üçün məhkəmə qarşısında dayana bilsin;
– hər hansı cinayət işi başlandığı andan bu Məcəllənin 218-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə ittiham aktı ilə məhkəməyə göndərilsin və ya cinayət təqibinə xitam verilsin;
– məhkəməyə daxil olmuş hər hansı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala və ya xüsusi ittiham qaydasında şikayətə, habelə çıxarılmış hökm və məhkəmənin digər qərarlarına dair şikayət və protestlərə bu Məcəllənin 298.2, 301.4, 391.1, 419.3, 426.2 və 427.1-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə baxılmağa başlansın.
Təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənməsi, cinayət təqibi üzrə icraatın dayandırılmasına səbəb olan digər hallar olduğu müddət yuxarıda nəzərdə tutulmuş müddətlərə daxil deyil.