nat2022-ci ilin dövlət büdcəsində “Ətraf mühitin mühafizəsi” bölməsi üzrə 281,6 mln. manat vəsait icra edildiyi halda, təqdim olunmuş sənəddə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra – ETSN) tərəfindən 4 proqram üzrə (9 hədəf 28 tədbirin) ətraf mühitin mühafizəsi sahəsində müxtəlif istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsinə 48,5 mln. manat vəsait proqnozlaşdırıldığı və 36,1 mln. manat (və ya 74,4%) icra edildiyi əksini tapıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının Büdcə xərclərinin funksional təsnifatının “Ətraf mühitin mühafizəsi” bölməsi üzrə ortamüddətli xərclər çərçivəsinin icra vəziyyətinə dair hazırladığı materialda əksini tapıb.
Qeyd etmək lazımdır ki, “Ortamüddətli xərclər çərçivəsinin icrasının təmin edilməsi ilə bağlı əlavə tədbirlər” və “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 04.02.2019-cu il tarixli 513 nömrəli Fərmanının 1-ci hissəsində büdcə xərclərinin funksional təsnifatının “Ətraf mühitin mühafizəsi” bölməsi üzrə ortamüddətli xərclər çərçivəsinin (OMXÇ) tətbiqinin təmin olunması tapşırılıb.