Ölkədəki dövlət və özəl qurumların sayı nəzərə alınarsa, hidrometeoroloji xidmət üçün bağlanmış təsərrüfat müqavilələrinin sayının 81 olması çox azdır.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının Büdcə xərclərinin funksional
təsnifatının “Ətraf mühitin mühafizəsi” bölməsi üzrə ortamüddətli xərclər çərçivəsinin icra vəziyyətinə dair hazırladığı materialda əksini tapıb.
Qeyd edilib ki, bu sahədə potensialın olduğu nəzərə alınaraq büdcədənkənar vəsaitlərin artması üçün qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə, müvafiq sahədə yerli qanunvericiliyin tələbləri təkmilləşdirilməklə, həmçinin mövcud şərait nəzərə alınmaqla bu istiqamətdə fəaliyyətin genişləndirilməsi üçün tədbirlərin gücləndirilməsi zəruridir.