Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov vəzifəsindən azad edilib.
Heftelik.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov əmr imzalayıb.
Nazirin digər əmri ilə onun yerinə polkovnik-leytenant Mircavad Seyidov təyin edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Hikmət Abbasov da vəzifəsindən azad edilib.