Məsafədən bank hesabının açılması zamanı bank tərəfindən istifadə edilən informasiya sistemi qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, bundan əvvəl məsafədən bank hesabının açılması bankın və ya Mərkəzi Bankın operatoru olduğu informasiya sistemi və ya onların mobil tətbiqi vasitəsilə həyata keçirilib.