Qazbərabərləşdirici sistemlər oxşar fiziki-kimyəvi xassələri (hidrogen sulfidin tərkibi) olan neft çənlərini birləşdirməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Çənlərin qazbərabərləşdirici boru birləşmələrində quraşdırılmış odkəsici qurğular, bağlayıcı siyirtmələr, kompensatorlar saz vəziyyətdə saxlanılmalıdır. Odkəsici qurğunun kasetinin oxu, korroziyadan əmələ gələn məhsullarla çirklənməməsi üçün üfüqi vəziyyətdə yerləşdirilməlidir.