Şəkidə ağır yol qəzası baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə saat 19.00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu Köbər Zəyzid kəndindən keçən hissəsində 10-VX-141 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində sürücü və avtomobildə olan 3 azyaşlı övladı ölüb, ağır xəsarət alan ana isə avtomobildən çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.