İndikator göstəriciləri üzrə proqnozdan ümumtəhsil internat məktəbləri və internat tipli təhsil müəssisələrinin sayı 7 ədəd və ya 20,6%, bu müəssisələrdə təhsilalanların sayı 9100 nəfər və ya 88,1%, təhsilverənlərin sayı 635 nəfər və ya 51,2% çox, Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De- institusionalizasiya) və alternativ qayğı üzrə tədbirlərin maliyyə təminatı ilə bağlı xərclər çərçivəsində müəssisələrin sayı 4 ədəd və ya 9,8%, layihəyə cəlb edilmiş uşaqların sayı 39 nəfər və ya 17,5% az olub.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Təhsil” xərcləri üzrə hazırlanmış ortamüddətli xərclər çərçivəsi sənədinə uyğun olaraq xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə 2021-2024-cü illər üçün icmallaşdırılmış  fəaliyyət planı”nın icrasının təhlilində əksini tapıb.

Cədvəl 12. Dövlət internat müəssisələrində valideyn himayəsindən məhrum olmuş uşaqlar və bu risk altında olan uşaqların təhsil və təlim bacarıqlarının əldə edilməsini təmin etmək, onlara öz gələcəyini qurmağa kömək etmək (Strateji hədəf 19), %

 

Fəaliyyət və tədbir

Kassa xərci 

Monitorinq göstəricisi

Monitorinq göstəricisinin icrası
Subproqram 6.3. Valideyn

himayəsindən məhrum olmuş uşaqlar və bu risk altında olan uşaqların təhsilinin təşkili

 

99,6

 

 

Ümumtəhsil internat məktəbləri və internat tipli təhsil müəssisələrinin fəaliyyəti

 

 

 

99,7

Ümumtəhsil internat məktəbləri və internat tipli təhsil müəssisələrinin sayı120,6
Ümumtəhsil internat məktəbləri və internat tipli təhsil müəssisələrində təhsilalanların sayı 

188,1

Ümumtəhsil internat məktəbləri və internat tipli təhsil müəssisələrində təhsilverənlərin sayı 

151,2

Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-

institusionalizasiya) və alternativ qayğı üzrə tədbirlərin maliyyə

təminatı ilə bağlı xərclər

 

 

93,1

 

 

Müəssisə sayı

 

 

90,2

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiyasiyası üzrə tədbirlərin

Maliyyələşdirilməsi

 

99,7

 

Layihəyə cəlb edilmiş uşaqların sayı

 

82,5