Dünən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində türkiyəli iş adamı Süleyman Filizin suda boğulmasına dair təfərrüatlar məlum olub.
Heftelik.az-ın məlumatına görə, iş adamının 4 yaşlı qızı Buzovnada qadağan olunmuş çimərlikdə boğulma təglükəsi ilə üzləşib.
Süleyman Filiz qızını xilas etsə də, özü batıb.
İş adamının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.