Bank hesablarına və hesablar üzrə aparılan əməliyyatlara davamlı nəzarət müştəri uyğunluğu tədbirlərinin davamlı tətbiqinə dair ƏL/TMM Qanunu və MUT Qaydalarının tələblərinə uyğun olaraq həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Bank tərəfindən müxbir bankçılıq münasibətində olduğu müştərinin (respondent bankın) hesablarına və hesablar üzrə aparılan əməliyyatlarına davamlı nəzarət tədbirləri bu Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilir.
Qeyd edək ki, bundan əvvəl müştərinin və ya onun səlahiyyətli nümayəndəsinin təqdim etdiyi sənəd və məlumatların etibarlılığı, onların bank hesabları vasitəsilə aparılmış əməliyyatların mahiyyətinə uyğunluğu, habelə müştərinin və ya onun səlahiyyətli nümayəndəsinin bu Qaydada qeyd olunmuş əlamətlərə malik olması müştərinin risk kateqoriyasından asılı olaraq bank tərəfindən daxili qaydalarda müəyyən edilmiş dövriliklə, lakin iki ildə bir dəfədən az olmayaraq yoxlanılıb.