Şəxs cinayət işi üzrə məhkəməyədək icraatda Cinayət-Prosessual Məcəllənin 158 və 159-cu maddələrində göstərilmiş müddətdən artıq həbsdə qalarsa, ona dəymiş mənəvi ziyana görə pul kompensasiyasını almaq hüququna malikdir.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Kompensasiya cinayət işi üzrə çıxarılmış qərardan asılı olmayaraq, mülki mühakimə icraatı qaydasında həll olunur.