“Strateji hədəf 2. Nadir və endemik fauna növlərinin populyasiyasının və mühafizəsinin təmin edilməsi” bölməsi çərçivəsində “Subproqram 1.2. Su bioloji resurslarının artırılması və mühafizəsi” üzrə 2022-ci ildə 1294,9 min manat və ya 2021-ci ilin faktiki icrası ilə müqayisədə 76,4 min manat çox vəsait xərc edildiyi şəraitində “Buraxılmış qızıl balıq körpələrinin sayı” 55000 ədəd olmaqla 2021-ci ilin faktiki göstəricisindən 25000 ədəd az, “Buraxılmış çəkikimilər balıq növünün körpələrinin sayı” 3812600 ədəd olmaqla, həm proqnozdan (95,3% icra), həm də 2021-ci ilin müvafiq göstəricisindən 2441180 ədəd az olub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının Büdcə xərclərinin funksional
təsnifatının “Ətraf mühitin mühafizəsi” bölməsi üzrə ortamüddətli xərclər çərçivəsinin icra vəziyyətinə dair hazırladığı materialda əksini tapıb.