Çənlərin diaqnostikası saz alət, tərtibat, cihazların tətbiq edilməsi ilə və yoxlanılmış ölçü vasitələri ilə həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Çənlərin texniki diaqnostikası dağıdıcı olmayan üsullarla yerinə yetirilməli, zəruri hallarda bu üsullarla birgə dağıdıcı üsullar da tətbiq edilməlidir.