Proqram 1. Məktəbəqədər təhsil (1 Strateji hədəf 1 Subproqram) – “Təhsil” bölməsinin 1-ci köməkçi bölməsi üzrə 2022-ci ildə dürüstləşmiş təyinat üzrə xərclər 98,9% və ya 41183,0 min manat icra edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Təhsil” xərcləri üzrə hazırlanmış ortamüddətli xərclər çərçivəsi sənədinə uyğun olaraq büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə 2021-2024-cü illər üçün icmallaşdırılmış fəaliyyət planı”nın icrasının təhlilində əksini tapıb.
Cədvəl 1. Ölkədə məktəbəhazırlıq yaşında olan uşaqların məktəbəhazırlıq təhsilinin təmin edilməsi, (Strateji hədəf 1), %
Fəaliyyət və tədbir | Kassa xərci | Monitorinq göstəricisi | Monitorinq göstəricisinin icrası |
Subproqram 1.1. Məktəbəhazırlıq | 98,9 | ||
Dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının açılması ilə bağlı xərclər |
98,9 | Məktəbəhazırlıq təhsilinin əhatə etdiyi məktəblərin sayı | 96,0 |
Məktəbəhazırlıq qruplarının sayı | 89,0 | ||
Məktəbəhazırlıq təhsilinə cəlb edilmiş uşaqların sayı | 88,1 | ||
Məktəbəhazırlıq təhsilinə cəlb edilmiş təhsilverənlərin sayı | 106,3 |