İctimai və ya ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat cinayət işi başlandığı andan müvafiq olaraq təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən açılır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Böyük ictimai təhlükə törətməyən aşkar cinayətə dair şikayət üzrə təhqiqatçı cinayət işi başlamadan sadələşdirilmiş icraat aça bilər.