İstehsalat bina və tikililərinin texniki baxışı saz alət, tərtibat, aparatlar və sınaqdan keçirilmiş ölçü vasitələri ilə keçirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Texniki komissiyanın qərarına əsasən və yaxud konstruksiyalarda qüsur aşkarlanan hallarda, istismarın davametmə mümkünlüyünü və ya tikinti konstruksiyalarının təmiri və gücləndirilməsi işlərinin həcminin müəyyən edilməsi üçün bina və tikililərdə ixtisaslaşdırılmış təşkilat tərəfindən əlavə yoxlamalar aparılmalıdır.