“Strateji hədəf 9. Ölkə ərazisində ətraf mühitin çirklənməyə məruz qalan ərazilərində çirkliliyin azaldılması” bölməsi üzrə 2022-ci ildə təsdiq edilmiş 7648,1 min manata qarşı icra 4624,4 min manat (60,5%) olmaqla 2021-ci ilin faktiki icrasından 2459,3 min manat çox olub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının Büdcə xərclərinin funksional
təsnifatının “Ətraf mühitin mühafizəsi” bölməsi üzrə ortamüddətli xərclər çərçivəsinin icra vəziyyətinə dair hazırladığı materialda əksini tapıb.
“Mingəçevir şəhəri üzrə atmosfer havasında çirkləndirici maddələrin orta sutkalıq qatılığı”nın müəyyən edilməsi üzrə indikatorlar təsdiq edilsə də, təqdim olunmuş məlumatda stansiya quraşdırılmadığı əsas gətirilərək faktiki icranın olmadığı qeyd edilib.
“Sahil çimərliyinin dəniz suyunun illik bakterioloji çirklənmə dərəcəsi” hesabat ilində 17,3% təşkil etməklə, 2021-ci ilin faktiki icrasından 0,3% çox olmaqla Dayanıqlı İnkişaf Məqsədlərinin prinsiplərinə uyğun gəlmir.