Xarici bankların yerli banklarda müxbir hesablarının açılması üçün təqdim olunmuş sənədlərdə və ya verilmiş məlumatlarda qeyri-dürüst, təhrif olunmuş və ya ziddiyyətli məlumatlar olduqda müxbir hesabların açılmasından imtina edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Eyni zamanda müxbir bankçılıq münasibətlərinin qurulması ilə bağlı risklərin idarə edilməsi üçün tədbirlərin görülməsi və respondent bank hər hansı bir dövlətdə və ya ərazidə fiziki mövcudluğu olmayaraq dövlət qeydiyyatına alınmış və/və ya müvafiq fəaliyyətlə məşğul olmaq üçün lisenziya almış, lakin dövlət nəzarəti ilə əhatə edilməyən qurum olduqda, yaxud müxbir hesabdan qeyd edilən xüsusiyyətlərə malik digər maliyyə institutu tərəfindən istifadə ediləcəyi müəyyən edildikdə müxbir hesabların açılmasından imtina edilir.