Neftin qızdırılma sobalarında hansı hallar üçün sobanın dayandırılmasını təmin edən avtomatik sistem nəzərdə tutulmalı olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Neftin qızdırılma sobalarında aşağıdakı hallar üçün sobanın dayandırılmasını təmin edən avtomatik sistem nəzərdə tutulmalıdır:

– sobada neftin dövr etməsi pozulduqda;

– odluqlardan havanın çəkilməsi zəiflədikdə;

– odluqlarda havanın təzyiqi düşdükdə və ya artdıqda;

– odluqların birində alov söndükdə;

– odluqlarda qazın təzyiqi dəyişdikdə;

– ayrılan qazların temperaturu qalxdıqda;

– qızdırılan neftin temperaturu qalxdıqda;

– xammal dövr edən spiralvari borularda təzyiq düşdükdə;

– elektrik enerjisi kəsildikdə və ya ölçü vasitələrinin məsafədən və avtomatik idarəetmə qurğuları sıradan çıxdıqda;

– yanğın xəbərdaredici qurğuları işə düşdükdə.