Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov Buenos-Ayres şəhərində məşhur Argentina rejissoru Hüqo de Ana ilə görüşüb.

Bu barədə Heftelik.az-a Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından məlumat verilib.

Görüş çərçivəsində Akademik Opera və Balet Teatrının yenidənqurma işlərindən sonra  “Aida” operasının yeni tərtibatda səhnələşdirilməsi müzakirə edilib.

Xatırladaq ki, Hüqo de Ana karyerası boyu “La Skala”, “Arena di Verona”, “Covent Garden”, “Opera Australia”, “Teatro Colon”, “Teatro San Carlo Cancels”, “Teatro Real” kimi dünyanın məşhur opera teatrlarında bir çox opera tamaşalarını səhnələşdirib.