Qazbərabərləşdirici boru birləşmələrində əl ilə açılıb-bağlanan siyirtmələr quraşdırılıbsa onlar havanın müsbət temperaturu olduğu vaxtlarda ayda iki dəfədən az olmayaraq, mənfi temperaturda isə həftədə bir dəfədən az olmayaraq yoxlanılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qazbərabərləşdirici sistemlərdə təzyiq ayda bir dəfə ölçülməlidir.