Vaqon-sisternlərə neft doldurulan zaman lüklər brezent örtüklə möhkəm bağlanmalıdır. Neftin vaqon-sisternlərə doldurulması zamanı mayenin sıçramaması üçün neft maye səviyyəsi altına, bərabər şırnaqla tökülməlidir, bunun üçün şlanqın və ya teleskopik borunun ucu sisternin dibinə qədər endirilməlidir. Sisterndə neft qalığı olmadıqda şırnağın sürəti başlanğıc mərhələdə yüksək olmamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Şlanqların ucu qığılcım verməyən materialdan hazırlanmalıdır.