Avqustun 21-də saat 03 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-ci il təvəllüdlü Zülfüqarova Günay Əhməd qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 2012-ci il təvəllüdlü oğlunun xəsarət alması barədə polisə məlumat daxil olub.

Heftelik.az-a Daxili İşlər Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən anasını kəsici alətlə qətlə, qardaşına xəsarət yetirməkdə şübhəli bilinən 2007-ci təvəllüdlü Zülfüqarlı Əlfüqar Mahir oğlu saxlanılaraq istintaqa təhvil verilib.

***

saat 08.07

Avqustun 21-də saat 03 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-ci il təvəllüdlü Zülfüqarova Günay Əhməd qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 2012-ci il təvəllüdlü oğlunun xasarət alması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Sumqayıt Şəhər Prokurorluğunun yaydığı məlumatda isə bildirilib ki, avqustun 21-i saat 03 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-cı il təvəllüdlü Günay Zülfüqarovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, azyaşlı oğlunun isə xəsarət alması faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcək.