İndikator göstəriciləri üzrə proqnozdan peşə təhsili proqramı üzrə təhsilalanların peşə-ixtisas biliklərinə əsaslanaraq təcrübələrinin artırılması (Strateji hədəf 8) istiqamətində usta yanında şagirdlik konsepsiyası üzrə peşə təhsilinin təşkili istiqamətində ixtisas sayı 8 vahid və ya 3 dəfə, peşə təhsili proqramı üzrə innovasiyaların təşviq olunması (Strateji hədəf 10) istiqamətində “WorldSkills” təşkilatına üzvlük və onunla əlaqədar yarışlarda iştirakçıların sayı 220 nəfər və ya 2,5 dəfə çox olub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Təhsil” xərcləri üzrə hazırlanmış ortamüddətli xərclər çərçivəsi sənədinə uyğun olaraq büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə 2021-2024-cü illər üçün icmallaşdırılmış fəaliyyət planı”nın icrasının təhlilində əksini tapıb.