Hidrogen sulfidin yığılması ehtimal olunan yerlərdə onun buraxılabilən qatılıq həddinə mütəmadi olaraq nəzarət təşkil edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Beləliklə, hidrogen sulfidin yığılması ehtimal olunan aşağıdakı yerlərdə onun buraxılabilən qatılıq həddinə mütəmadi olaraq nəzarət təşkil edilməlidir:
– açıq havada – sutkada bir dəfədən az olmayaraq;
– bağlı yerlərdə (otaqlarda) – növbədə bir dəfədən az olmayaraq;
– qanovlarda, çalalarda və digər dərinləşdirilmiş yerlərdə – hər dəfə işə başlamazdan əvvəl.
Analizin nəticələri və ölçü qiymətləri hazırlanmış hava mühitinə nəzarət jurnalına yazılmalıdır.