Aparılmış təhlil nəticəsində müəyyən olunub ki, 2022-ci il üçün təsdiq edilmiş xərclərin 98,9% icra olunmasına baxmayaraq, indikator göstəriciləri üzrə proqnozdan məktəbəhazırlıq təhsilinin əhatə etdiyi müəssisələrin sayı 136 ədəd və ya 4,0%, məktəbəhazırlıq qruplarının sayı 682 ədəd və ya 11,0%, məktəbəhazırlıq təhsilinə cəlb edilmiş uşaqların sayı 12786 nəfər və ya 11,9% az, məktəbəhazırlıq təhsilinə cəlb edilmiş təhsilverənlərin sayı isə 321 nəfər və ya 6,3% çox icra edilmişdir.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Təhsil” xərcləri üzrə hazırlanmış ortamüddətli xərclər çərçivəsi sənədinə uyğun olaraq büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə 2021-2024-cü illər üçün icmallaşdırılmış fəaliyyət planı”nın icrasının təhlilində əksini tapıb.