Bəraətin əsasları açıqlanıb.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır:
– cinayət hadisəsi olmadıqda;
– əməldə cinayət tərkibi olmadıqda;
– cinayətin törədilməsinə aidiyyəti olmadıqda;
– təqsirliliyi sübuta yetirilmədikdə.