tikintiBina və tikililərin istismarı zamanı bünövrənin (özülün) texniki vəziyyəti yoxlanılmalı və normativ sənədlərin tələblərinə uyğun olaraq çökmə dərəcəsi təyin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Bina və tikililərin növbədənkənar baxışları təbii fəlakətlərdən (yanğınlardan, qasırğa küləklərdən, güclü leysan yağışlarından və qar yağıntılarından, zəlzələlərdən), qəzalardan və hadisələrdən sonra aparılmalıdır.