Doldurucu şlanq kimi polietilen və ya digər dielektrik materiallardan hazırlanmış borulardan istifadə etmək, eləcə də mövcud şlanqları bu borularla uzatmaq qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Neftin doldurulması başa çatdıqdan sonra şlanqlar və teleskopik borular vaqon-sisternin lükündən yalnız onlardan neft qalığı tamamilə boşaldıqdan sonra çıxarılmalıdır.