Texniki baxışın nəticələrinə görə texnoloji boru kəmərlərinin buraxılış (ötürmə) qabiliyyətinin azalması aşkar olduqda, işçi təzyiq təhlükəsiz həddə qədər endirilməli və texnoloji boru kəmərlərinin zədəli hissələri təmir olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qəza və ya təmir işləri zamanı texnoloji boru kəmərlərindən neftin boşaldılması üçün stasionar və ya səyyar boşaldıcı vasitələrdən istifadə etmə imkanı nəzərdə tutulmalıdır.