Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturuna daxil olan kiçik və orta biznes evlərinin (KOB evləri) hüquqları artırılıb.

Heftelik.az-ın məlumatına görə, bu, İqtisadiyyat Nazirliyinin Kollegiyasının “Kiçik və orta biznes evləri haqqında Nümunəvi Əsasnamə”yə etdiyi dəyişiklikdə əksini tapıb.

KOB evlərinin hüquqları sırasına dövlət-özəl tərəfdaşlığına əsaslanan layihələrin həyata keçirilməsində sahibkarların özəl tərəfdaş kimi iştirakını stimullaşdıran tədbirləri təşviq etmək daxil edilib.