Müştəri uyğunluğu tədbirlərinin davamlı tətbiqi mümkün olmadıqda bank hesabının açılmasından imtina edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, bundan əvvəl bu Qaydanın 6.2-ci bəndinin tələbləri pozulduğu halda bank hesabının açılmasından imtina edilir.