hProqram 4. Orta ixtisas təhsili (1 Strateji hədəf 1 Subproqram) – “Təhsil” bölməsinin 4- cü köməkçi bölməsi üzrə 2022-ci ildə dürüstləşmiş təyinat üzrə xərclər 99,9% və ya 67142,4 min manat icra edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Təhsil” xərcləri üzrə hazırlanmış ortamüddətli xərclər çərçivəsi sənədinə uyğun olaraq büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə 2021-2024-cü illər üçün icmallaşdırılmış fəaliyyət planı”nın icrasının təhlilində əksini tapıb.
Cədvəl 8. Orta ixtisas təhsili sahəsində fasiləsiz öyrənmənin təmin olunması (Strateji hədəf 11), %
Fəaliyyət və tədbir | Kassa xərci | Monitorinq göstəricisi | Monitorinq göstəricisinin icrası |
Subproqram 4.1 Orta ixtisas təhsili üzrə təhsilalanların təhsilinin təşkili | 99,9 | ||
Orta ixtisas təhsili müəssisələrinin fəaliyyəti |
99,9 | Dövlət orta ixtisas təhsili müəssisələrinin sayı | 94,6 |
Dövlət orta ixtisas təhsili müəssisələrində təhsilalanların sayı | 104,6 | ||
Dövlət orta ixtisas təhsili müəssisələrində təhsilverənlərin sayı | 70,3 |