kamarQazbərabərləşdirici sistemlərin dərinləşdirilmiş yerlərində quraşdırılan drenaj qurğuları (bağlayıcı siyirtmələr, tutumlar və nasos) saz vəziyyətdə saxlanılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qazbərabərləşdirici sistemin boru birləşmələrindən kondensat müntəzəm olaraq boşaldılmalıdır. Payız-qış fəsillərində neftin donmasının qarşısını almaq üçün drenaj qurğuları isidici materiallarla qızdırılmalı, buzdan və qardan mühafizə olunmalıdır.