Tunellərdə çəkilən neft kəmərlərinin istismarına, zərərli buxar və qazların qatılığı buraxılabilən həddən yuxarı olmadığı hallarda yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Texnoloji tunellərdə hava mühitinin vəziyyətinə nəzarət fasiləsiz işləyən avtomatik cihazlarla həyata keçirilməlidir.