Xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etmiş məhkəmə tərəfindən müvafiq qərar qəbul etdiyi andan açılır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət təqibi üzrə icraata cinayət təqibini istisna edən hallara, cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallara, habelə cinayət təqibinin həyata keçirilməsinə mane olan hallara görə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə xitam verilə bilər.