Yerli bankın hansı hallarda xarici bankların müxbir hesabını bağladığı açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Bank aşağıda müəyyən olunmuş hallarda müştərinin müxbir hesabını (xarici bankların yerli banklarda müxbir hesabını) bağlayır:

– xarici bankın müraciətinə əsasən;

– müxbir hesabın açılması üçün təqdim edilən sənədlərdə yanlış məlumatların olması aşkar edildikdə, sənədlər etibarsız hesab olunduqda, o cümlədən həmin sənədlərin etibarsız hesab olunması ilə bağlı müvafiq orqandan məlumat daxil olduqda;

– xarici bankın bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edildikdə;

– risk əsaslı yanaşma əsasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı adekvat tədbirlərin görülməsi, o cümlədən bu Qaydanın 8.2-ci bəndinin icrası mümkün olmadıqda;

– müxbir hesab müqaviləsində nəzərdə tutulan digər hallarda.