baliqBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının (FAO) statistik məlumatlarına əsasən dünya üzrə adambaşına düşən balıq istehlakının orta illik göstəricisi 18 kq-dır.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının Büdcə xərclərinin funksional

təsnifatının “Ətraf mühitin mühafizəsi” bölməsi üzrə ortamüddətli xərclər çərçivəsinin icra vəziyyətinə dair  hazırladığı materialda əksini tapıb.

Azərbaycanda adambaşına düşən orta illik balıq istehlakı 2009-cu ilədək 2 kq-a yaxın olub, son illərdə isə bu göstərici artaraq 7,5 kq-a çatıb. Ölkəmizdə olan mövcud su hövzələri bu göstəricinin dəfələrlə artırmağa imkan verir.